İQTİSADİYYAT


"İnvest-Az"istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

Bakı, 14 sentyabr, AZƏRTAC

Sentyabrın 14-də Bakı Fond Birjasında (BFB) "İnvest-Az" İnvestisiya Şirkətinin 500 milyon ABŞ dolları həcmində, 1 il tədavül müddətli istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dən AZƏRTAC-a bildiriblər ki, yerləşdirilmə zamanı hərrac qiyməti 1000,00 ABŞ dolları olub. Sifarişlər 5 investor tərəfindən təqdim edilib.

Sifarişlərin nominal qiymətlə ümumi məbləği 1. 500. 000,00 ABŞ dolları təşkil edib. İstiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi isə 1.5 milyon dollar olub. İstiqrazlar gələn il sentyabrın 16-da ödəniləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.