İQTİSADİYYAT


"İpoteka haqqında" Qanuna edilmiş dəyişikliklərin maddələr üzrə müzakirəsi aparılıb

Bakı, 10 yanvar, AZƏRTAC

"İpoteka haqqında" Azərbaycan Respublikası Qanununa edilmiş dəyişikliklərin maddələr üzrə müzakirəsi aparılıb.

AZƏRTAC Azərbaycan Banklar Assosiasiyasına (ABA) istinadla xəbər verir ki, qurumun nəzdində fəaliyyət göstərən Hüquqi Məsələlər üzrə Ekspert Qrupunun növbəti iclası keçirilib. İclas "İpoteka haqqında" Azərbaycan Respublikası Qanununa edilmiş dəyişikliklərin maddələr üzrə müzakirəsinə həsr olunub.

Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. Assosiasiyanın əsas məqsədi üzv təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdir. Hazırda 29 bank və 3 qeyri-bank təşkilatı Azərbaycan Banklar Assosiasiyasının üzvüdür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.