İQTİSADİYYAT


"İqtisadi İslahatlar İcmalı"nın növbəti sayı yayımlanıb

Bakı, 4 oktyabr, AZƏRTAC

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) tərəfindən mütəmadi olaraq hazırlanan "Azərbaycan İqtisadi İslahatlar İcmalı"nın növbəti - fiskal islahatlara dair xüsusi buraxılışı işıq üzü görüb.

İİTKM-nin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bu buraxılışda dövlət vəsaitinin idarə edilməsinin optimallaşdırılması, büdcənin daxilolmaları və xərclərinin doğru şəkildə tənzimlənməsi, dövlət borcunun düzgün idarə edilməsi məqsədilə həyata keçirilmiş mühüm islahat tədbirləri şərh edilib. "Büdcə sistemi haqqında" qanunda edilən dəyişikliklər, bu dəyişikliklər nəticəsində qəbul edilən büdcə qaydasının tətbiqinin iqtisadiyyata göstərəcəyi müsbət təsirlər izahlı şəkildə əks olunub. Dövlət büdcəsinin çərçivəsini formalaşdıran, büdcənin hesablanmış gəlir və daxilolmaları, büdcə təşkilatlarının cari və əsaslı xərclərinə dair sifarişləri və dövlətin əsas hədəflərinə uyğun olaraq prioritetləşdirilmiş xərcləri nəzərə alınaraq hazırlanan ortamüddətli xərclər çərçivəsinin əhəmiyyəti barədə də geniş məlumatlar verilib. Büdcənin kompleks şəkildə idarəedilməsi həlqəsinin sonuncu bəndi olan "Dövlət borcunun idarə edilməsinə dair Strategiya"nın mahiyyəti və hədəfləri, həmçinin həyata keçirilməsi nəzərdə tutulan tədbirlər barədə məlumatlar da oxucuların diqqətinə çatdırılıb.

Hüquqi və elmi terminlərlə zəngin məlumatların sadə və aydın dildə təqdim olunduğu bu buraxılışda fiskal islahatların ümumi nəticəsi və bununla əlaqəli proqnozlaşdırılan fiskal dayanıqlılığın qrafiklərlə və infoqrafiklərlə izahlı təsviri xüsusi maraq cəlb edən məqamlardandır.

Qeyd edək ki, ölkədə aparılan iqtisadi islahatların mahiyyətini, onların iqtisadi-sosial müsbət təsirlərini şərh edən "Azərbaycan İqtisadi İslahatlar İcmalı" 3 dildə- Azərbaycan, rus və ingilis dillərində İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin veb səhifələrində yerləşdirilir, abunə olan oxuculara isə fərdi olaraq göndərilir.

İcmal ilə aşağıdakı link vasitəsilə tanış olmaq mümkündür:

http://iqtisadiislahat.org/store//media/documents/islahatlar_icmali/2018/iyul/islahat_iyul_AZE_opt.pdf

Eyni zamanda, "Azərbaycan İqtisadi İslahatlar İcmalı"na abunəlik bu linkdən ödənişsiz həyata keçirilə bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.