İQTİSADİYYAT
"Japan Food Expo-2017" sərgisində 2000-dən çox məhsul nümayiş etdirilir VİDEO
Bakı, 27 oktyabr, Elvin Camalov, AZƏRTAC
"Japan Food Expo-2017" sərgisində 2000-dən çox Yaponiya məhsulu nümayiş etdirilir.
Sərginin media partnyoru olan AZƏRTAC xəbər verir ki, bunu oktyabrın 27-də Bakıda açılan Yapon Məhsulları Sərgisinin İdeya müəllifi və Sərginin İdarə Heyətinin sədri Kazuyasu İşida jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, sərgidən əvvəl Yaponiyanın Komatsu şəhərindən Heydər Əliyev Beynəlxalq Aeroportuna təyyarə ilə 5 tondan artıq məhsul göndərilib. Sərgidə nümayiş etdirilən məhsullara qida, kosmetika, geyim və Yaponiyanın mədəniyyətini özündə əks etdirən suvenirlər, əşyalar daxildir.
K.İşidanın sözlərinə görə, sərgidə iştirak edən Yaponiya şirkətlərinin nümayəndələrindən bəziləri Azərbaycanda yerli nümayəndəliklərini açmaq niyyətindədirlər və bu ölkəyə investisiya yatırmağa maraq göstərirlər.