Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

"Kapital Bank" 2018-2020-ci illərin strateji hədəflərini həyata keçirəcək

Bizi maliyyə sektorunun lideri edən müştərilərimizə göstərdikləri etibara görə təşəkkürümüzü bildiririk

Bakı, 23 oktyabr, AZƏRTAC

Ölkənin maliyyə sektorunun lider bankına çevrilən "Kapital Bank" son illər ərzində böyük nailiyyətlər əldə edib. Böyük transformasiya prosesi keçmiş bank hazırda ölkə üzrə 100-dək filialı ilə müştərilərə müxtəlif çeşidli bank xidmətləri göstərir. 2017-ci ilin üçüncü rübünü yüksək nəticələrlə başa vuran "Kapital Bank"ın idarə heyətinin sədri Rövşən Allahverdiyev uğurlu biznesin qurulması və idarə olunmasının sirləri barədə AZƏRTAC-a danışıb.

-Rövşən müəllim, heç də asan olmayan 2016-cı ili "Kapital Bank" 52 milyon manatlıq mənfəətlə başa vurdu. Biznesin uğurlu olması hansı meyarlardan asılıdır?

-İlk növbədə qeyd edim ki, 2016-cı il olduqca maraqlı il oldu. Bildiyiniz kimi, 2015-ci ilin əvvəlində və sonunda devalvasiya baş verdi və növbəti 2016-cı il üçün bank sektorunun proqnozları ürəkaçan deyildi. Amma biz əvvəlki ildə olduğu kimi ötən ili də uğurla və mənfəətlə yekunlaşdırdıq. Səhmdarlar tərəfindən qarşımıza qoyulan hədəfləri artıqlaması ilə vura bildik. "Kapital Bank" 3 milyona qədər fiziki, 22 mindən artıq hüquqi şəxsə xidmət göstərir. Böyük müştəri bazası, daim yenilənən məhsul portfeli, ölkə üzrə ən böyük filial şəbəkəsi, filialların və biznes prosesləri transformasiyası ilin sonunda uğurlu rəqəmləri əldə etməyə zəmin yaradır. Biznesin inkişafı, yüksək potensiala malik komandanın mövcudluğu biznesin uğurlu olmasını təmin edir. 2017-ci ilin 3-cü rübünün nəticələrinə görə bankın aktivləri 3 milyard manat, xalis mənfəəti 57,6 milyon manat, nizamnamə kapitalı 185 milyon manat, məcmu kapitalı isə 266,3 milyon manat təşkil edib. Əminəm ki, 2017-ci ili də yüksək nəticələrlə başa vuracağıq.

-Ölkədə baş verən devalvasiyalardan sonra beynəlxalq reytinq agentlikləri ölkənin maliyyə sektorunun reytinqlərini aşağı endirməyə başladı. Amma buna baxmayaraq, "Kapital Bank" əvvəlki illərdə olan reytinqini sabit saxlaya bildi.

-Ümumiyyətlə, dünyanın istənilən ölkəsində iqtisadi böhran baş verdikdə reytinqlərdə müəyyən geriləmələr müşahidə olunur. Azərbaycanda da devalvasiyalardan sonra bəzi xoşagəlməz reytinqlər, həmçinin milli valyutanın qeyri-sabit məzənnədə olması bu cür neqativ xəbərlər eşitməyimizə zəmin yaratdı. Bankımızın fəaliyyəti "Standard & Poor's" və "Moody's Investor Service" beynəlxalq reytinq agentlikləri tərəfindən qiymətləndirilir. 2017-ci ilin nəticələrinə görə bizim reytinqimiz sabit olaraq saxlanılıb. Təbii ki, neqativ xəbərlərin fonunda beynəlxalq agentliklərindən sabit reytinq almaq olduqca çətin və məsuliyyətli məsələdir. Deməli "Kapital Bank" ölkənin maliyyə sektorunda lider qurum olaraq özünü təsdiqləyə bilib. Hazırda "Kapital Bank"ın kapital adekvatlığı əmsalı nəzarət orqanının tələblərinə tam uyğundur və bankın mövcud kapital buferi gözlənilməz halları qarşılamağa imkan verir. Eyni zamanda, bankın mənfəətli fəaliyyəti də kapital göstəricilərini dəstəkləyir. Bildiyiniz kimi, praktikada kapitalla bağlı risklər və itkilər yerləşdirilmiş aktivlərin, o cümlədən kreditlərin keyfiyyəti ilə birbaşa əlaqəlidir. Bu baxımdan bankımız kredit risklərini minimallaşdırmaq məqsədilə "müştərini tanı prinsipi"nə xüsusi diqqət yetirir və bütün müraciətlər ətraflı təhlil edilir. Kreditlər verilərkən müştərilərin maliyyə vəziyyəti, öhdəlikləri, fəaliyyəti hərtərəfli təhlil olunur və potensial risklər nəzərə alınmaqla onların ödəniş imkanları daxilində kreditlər təklif olunur. Kredit risklərini minimal hədlərdə saxlamaq üçün iqtisadi şərtlər daxilində müxtəlif seqmentlərin kreditləşmə prosesi mütəmadi nəzərdən keçirilir və təkmilləşdirilir.

Çalışırıq ki, növbəti qiymətləndirmə zamanı reytinqimizin sabit deyil, bir qədər də artırılmasına müvəffəq olaq. Çünki artıq neftin qiymətinin nisbətən sabitləşməsi, ixracatın artması, idxalın geriləməsi və dolların manat qarşısında məzənnəsini sabitləşdirib. İlin əvvəlində 2 manata yaxınlaşan dollar/manat məzənnəsi hazırda 1,70 manat ətrafında sabitləşib.

-Son 2 il ərzində "Kapital Bank"ı, həmçinin beynəlxalq sərgilərdə, konfranslarda görürük. Xarici təşkilatlarla əməkdaşlıq etməyi, beynəlxalq arenaya çıxmağı planlaşdırırsınızmı?

-"Kapital Bank"ın əsas prioritet inkişaf istiqamətlərindən biri də beynəlxalq əməkdaşlıqdır. Artıq 2 ilə yaxındır ki, bununla bağlı müəyyən addımlar atılıb, müxtəlif beynəlxalq təşkilatlarla, maliyyə institutları ilə əməkdaşlıq edirik. Həmçinin il ərzində maliyyə sərgilərində iştirak edirik. "Kapital Bank" "Amerika Banklar Assosiasiyası"nın üzvüdür və həmin təşkilatın illik yığıncaqlarında fəal iştirak edərək, bir sıra konfranslarına dəstək də göstəririk. Qeyd edim ki, MDB ölkələri arasında "Kapital Bank" və Rusiyanın yalnız bir bankı bu assosiasiyanın üzvüdür. Əminəm ki, belə tədbirlərdə iştirak regionun lideri olan "Kapital Bank"ı dünya miqyasında tanıdacaq və strateji planlarımıza uyğun olaraq yeni əməkdaşlıq layihələrinin həyata keçirilməsinə öz töhfəsini verəcək.

Xaricdə filial və ya nümayəndəlik açmaq niyyətimiz olmasa da, müştərilərə daha keyfiyyətli xidmət göstərmək üçün beynəlxalq əməkdaşlıq və xarici həmkarlarımızın təcrübəsindən bəhrələnmək olduqca önəmlidir.

Bu ilin sentyabr ayında "Kapital Bank" "Swift Gpi" beynəlxalq sisteminə qoşulub. Həmçinin ötən ay məşhur "Global Finance" jurnalı dünyanın ən güvənli və təhlükəsiz ("Safest Bank") banklarını müəyyən edib. O cümlədən Azərbaycandan "Ən Güvənli Bank" olaraq "Kapital Bank"ı seçib. Araşdırma 106 ölkənin 1000-dək bankı arasında aparılıb. İlin sonunadək daha bir neçə beynəlxalq tədbirdə iştirak etməyi və əməkdaşlığımızı genişləndirməyə çalışacayıq.

-Son zamanlar bir sıra Avropa bankları rəqəmsal banking xidmətləri təklif etməyə başlayıb. Bəs "Kapital Bank" müştəriləri üçün hansı innovativ yenilikləri təqdim etməyi düşünür?

-Cari ilin əvvəlində biz yenilənmiş Mobil və İnternet Banking xidmətimizi müştərilərin ixtiyarına verdik. Bir sıra üstünlüklərə və yeniliklərə malik bu tətbiq vasitəsilə müştərilər, bank əməliyyatlarını filiala gəlmədən asanlıqla həyata keçirə bilirlər. Amma texnologiyalar saatbasaat inkişaf edir və biz də bu tendensiyaya uyğun olaraq irəliləyirik. Yaxın zamanlarda tətbiqin daha üstün versiyasını müştərilərə təqdim edəcəyik. Artıq müştərilər banka gəlmədən kredit və ödəniş kartları sifariş verə, əmanət yerləşdirə və bütün hesab və bank məhsullarını xüsusi tətbiq vasitəsilə idarə edə biləcəklər. Bundan başqa, "Kapital Bank"ın 2018-2020-ci illər üzrə nəzərdə tutulmuş strateji hədəflərinin ən mühümü bütün məhsul və xidmətlərimizi, həmçinin rəqəmsal müstəvidə olmasından ibarətdir.

-"Kapital Bank"ın ölkə üzrə 100-dək xidmət nöqtəsi mövcuddur. Rəqib bankların filialları bağlandığı bir vaxtda yeni filialların açılmasını nə ilə əlaqələndirərdiniz?

-Xidmət sahəsinin genişləndirilməsi zamanı müştəri xidməti keyfiyyətini də artırmaq lazımdır. Təbii ki, bu sahədə atılan ilk addım filial şəbəkəsinin optimallaşdırılmasıdır. Müştəri keyfiyyətli xidməti ona yaxın və rahat olan, əlverişli yerdə açılmış filialda almalıdır. Ona görə də müştərilərə keyfiyyətli xidmət göstərmək üçün ilk öncə filial şəbəkəmizə "əl gəzdirməli" olduq. "Kapital Bank" filial şəbəkəsinin transformasiyası istiqamətində müəyyən tədbirlər həyata keçirir. 2017-ci ildə də yeni filial və şöbələrimiz açılıb, həmçinin bir sıra filialların ofisləri əsaslı təmir edilib və ya yeni ünvana köçürülüb. Bankın yenilənmiş filiallarında vahid korporativ interyer dizayn standartları tətbiq edilib və bu proses hazırda bitmək üzrədir. Cari ildə daha bir sıra şəhər və region filiallarının yeni konsepsiyaya uyğun əsaslı təmir olunması, yeni filial və şöbələrin açılması planlaşdırılır. Bununla yanaşı region filiallarımızı inkişaf etdirmək məqsədilə İsmayıllıda və Lənkəranda təlim inkişaf mərkəzlərimizi əməkdaşlarımızın ixtiyarına vermişik. Artıq region təlimləri orada keçirilir ki, bu da əməkdaşların inkişafına və müştəri xidmətinin keyfiyyətinə müsbət təsir edir. Həmçinin yeni kart mərkəzlərinin açılışları oldu ki, bunun da nəticəsində sosial müavinət və digər kart alan müştərilər bu mərkəzlərə gəlib, rahatlıqla kartlarını əldə edə bilərlər. Bundan başqa müştəri seqmentimizdən asılı olaraq daha bir neçə yeni filialın açılması planlaşdırılır.

-"Kapital Bank" tərəfindən hansı sosial layihələr həyata keçirilir?

-"Kapital Bank" korporativ sosial məsuliyyət sahəsinə böyük diqqət ayırır. Hər il bank müxtəlif sosial layihələr həyata keçirir. Mütəmadi olaraq Təhsil Nazirliyinə, "Sabah" qruplarına, "Azərbaycan üçün öyrət", "Təhsil Nazirliyi", Respublika üzrə Fənn Olimpiadasına, Azərbaycan Dövlət İqtisad Universitetinə müxtəlif layihələr üzrə dəstək göstərmişik. Təhsil Nazirliyinin təhsil sərgisinin baş sponsoru olmuşuq. Oktyabr ayında Berkley Universiteti ilə Mühəndislər Universitetinin əməkdaşlığı nəticəsində olan "İnnovasiya Ekosistemlərinin Qurulması" konfransı da bizim dəstəyimizlə keçirilib. "Kapital Bank"ın "Yaşıl ölkəm" layihəsi çərçivəsində bir sıra regionlarda ağacəkmə aksiyaları həyata keçirmişik. Hər il əməkdaşlarımız "Talasemiyasız həyat" naminə proqramına dəstək göstərərək qanvermə aksiyalarında iştirak edir. Bu ilin oktyabr ayında isə Beynəlxalq Ahıllar Günü münasibətilə Bakıda, Gəncədə, İsmayıllıda və Lənkəranda təqaüdçülər üçün maarifləndirici təlimlər təşkil etdik. Gələcəkdə belə layihələrin daha geniş miqyasda davam etdiriləcəyi planlaşdırılır.

-Yaxın gələcəkdə müştərilərinizə hansı yeni məhsulları və xidmətləri təqdim edəcəksiniz?

-Əlamətdar günlər zamanı müştərilərimizə mütəmadi olaraq müxtəlif endirimli, hədiyyəli və güzəştli aksiyalar təqdim edirik. Bu artıq ənənə halını alıb. Bundan başqa, yeni məhsulları da təqdim etməyi unutmuruq. Bildiyiniz kimi, yeni mövsümdə 3 valyutalı "Visa Trio" kartlarını bazara çıxardıq. Sadiq kredit müştərilərimizə "Birlik Klubu"nu təqdim etdik. Bundan başqa, "BirKart" məhsulu üzrə də bir sıra yeniliklərimiz olacaq ki, bu da müştərilərimizə əlavə üstünlüklər qazandıracaq.

-Proqnozlardan söz düşmüşkən, ilin sonunadək əsas maliyyə göstəriciləri ilə bağlı proqnozlarınız nədən ibarətdir? 2017-ci ilin yekunları da mənfəətli olacaqmı?

-Təbii ki, proqnozlarım pozitivdir. İlin sonuna bir neçə ay qalıb və 3-cü rübün hesabatına nəzər saldıqda görürük ki, rəqəmlərimiz çox ümidvericidir. 2017-ci ildə də artım tendensiyasının saxlanılmasına çalışacağıq. Bundan başqa, hazırda "Kapital Bank" 2018-2020-ci illərin strateji hədəflərini həyata keçirməyə başlayacaq. Keçmiş 3 ilin hədəflərini yüksək nəticələrlə başa vurduq. Çətin transformasiya prosesi zamanı bizimlə olan müştərilərinizə təşəkkürümü bildirmək istərdim. Növbəti illərdə də olduqca çətin və məsuliyyətli hədəflərimiz var. Əminəm ki, onları da peşəkar komandamızın köməkliyi, səyi və bacarığı ilə həyata keçirə biləcəyik.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Keniyada yol qəzası nəticəsində azı 11 tələbə həlak olub

Türkiyənin zəlzələ bölgəsində inşası tamamlanan mənzillər sahiblərinə təqdim ediləcək

Pedaqoji Universitetdə Çanaqqala zəfərinin ildönümü qeyd olunub

Bakı Mühəndislik Universitetində Təhsilin İnkişafı Fondu ilə əməkdaşlıq imkanları müzakirə edilib

Yaponiya Mərkəzi Bankı 17 ildən sonra mənfi faiz siyasətini dayandırır

"Qədim Şabran" abidəsində Novruz şənliyi

“Qəbələ” İdman Klubu MMA döyüşçüsü ilə müqavilə imzalayıb

Ermənistan “Mir” ödəniş kartına xidməti dayandıracaq

Mingəçevir Dövlət Universitetində Novruz şənliyi keçirilib

NATO-nun Baş katibinin regiona səfərinin Azərbaycandan başlaması ölkəmizin Alyans üçün önəmini nümayiş etdirir - ŞƏRH

“Azərişıq” gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək

Yüksək Texnologiyalar Parkının istismar proqramı - seminar

Taksi sürücülərinə ödəniş müqabilində şəhadətnamələrin verilməsinə aydınlıq gətirilib

UNEC-də Nobel Sülh mükafatçısı Məhəmməd Yunus adına mərkəzin açılışı olub

İki audiovizual media subyektinə müvafiq lisenziyalar verilib

Nəsimi rayonunda yerləşən banklardan birindən oğurluq edilməsinin qarşısı mühafizə polisi tərəfindən alınıb VİDEO

Malmödə ABBA-nın “Eurovision”da qələbəsinin 50 illiyinə həsr olunmuş sərgi açılacaq

Qızılağac Dövlət Təbiət Qoruğu ərazisində qaçaqmalçılıqla məşğul olan Lənkəran sakini saxlanılıb

Naxçıvanda ağır yol qəzasında 3 nəfər ölüb

Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə töhfəsi NATO-nun ölkəmizə diqqətini artırır - RƏY

Londonda Benksinin növbəti monumental boyakarlıq nümunəsi meydana çıxıb

Qəbələ Dövlət Tarix-Bədii Qoruğunda uşaqlar üçün Novruz şənliyi təşkil edilib

Məktəblilər Gənclər Kitabxanasının qonağı olublar

® “PAŞA Holding”in “Vətən əmanətlərin keşiyindədir” layihəsi çərçivəsində şəhid ailələrinə bayram sovqatları çatdırılır

“İçərişəhər” Qoruq İdarəsində Novruz bayramı münasibətilə tədbir keçirilib

Dünyada təhlükəsiziyin təmin edilməsində Azərbaycan-NATO əməkdaşlığının rolu ŞƏRH

“Atatürk dövründə İran-Türkiyə münasibətləri” – seminar

Tərbiyəçi-müəllimlərin vakant yerlər üzrə qeydiyyatına başlanılır

“Zirə”nin iki futbolçusu yığma komandalara dəvət alıb

AİBNDX: Malların mənşə ölkəsini təsdiq edən sertifikatların verilməsinin fasiləsizliyi bayram günlərində təmin ediləcək

FHN Novruz bayramı ilə əlaqədar gücləndirilmiş iş rejimində çalışacaq

Bu il Şri-Lankaya 500 mindən çox turist gəlib

Cari ilin iki ayı ərzində Azərbaycanda istehsal edilən elektrik enerjisinin miqdarı açıqlanıb

Fransalı tennisçi oyun zamanı huşunu itirib

Domantas Sabonis NBA əfsanələrinin rekordunu təkrarlayıb

Novruz bayramının ilk günündə paytaxtda yağış, dağlıq və dağətəyi rayonlarda isə qar yağacaq

Tramp prezident seçiləcəyi təqdirdə şahzadə Harrini ABŞ-dan qovacaq

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək

“Novruz gəlir, yaz gəlir” – AzMİU kollektivi İlaxır çərşənbədə tonqal ətrafında bir araya gəldi

BDU Sənaye və Texnoloji Tədqiqat Təşkilatlarının Dünya Assosiasiyasına tamhüquqlu üzv seçilib

“Azəriqaz” Novruz bayramı günlərində gücləndirilmiş iş rejimində çalışacaq

® “Azpetrol” şirkəti yanacaqdoldurma məntəqələrinin sayını 104-ə çatdırıb

Media: İsrail və HƏMAS Doha danışıqlarında kompromisə hazırdır

Türkmənistanın Ticarət-Sənaye Palatası Türk Ticarət və Sənaye Palataları Birliyinin tamhüquqlu üzvü olub

Türkiyənin yeni milli müdafiə sistemi ictimaiyyətə təqdim edilib

ADA Universiteti Fondunun sponsorluq layihələri üzrə direktoru: Gender arası əməkdaşlıq inkişafın göstəricisidir - açıqlama

Novruz təamlarından istifadə edərkən diqqət yetirilməli məsələlər

Şəhid ailə üzvü olan təhsil işçiləri ilə görüş keçirilib

Milli Kitabxanada Novruz bayramı ilə bağlı elektron məlumat bazası yaradılıb

Yevlaxda Novruz bayramı münasibətilə konsert təşkil olunub

Azərbaycan gimnastları Almaniyada Dünya Kubokunda çıxış edəcəklər

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yeni veb-saytı istifadəyə verilib

İrqçilik etdiyi üçün millinin heyətindən kənarlaşdırılıb

Bir sıra ölkələrdən quşçuluq məhsullarının idxalına məhdudiyyət qoyulub

Blinken Qəzzada atəşkəsi müzakirə etmək üçün Ər-Riyada və Qahirəyə gedəcək

® “Azersun Holding” 10 mindən çox ailəni Novruz sovqatı ilə sevindirib

Azərbaycan poeziyası İspaniyada

Pomidor istehsalçıları ilə görüş keçirilib

Uzun illər itmiş sayılan nadir dəniz qabığı kolleksiyası indi İngiltərədə nümayiş etdirilir

Yanvar-fevral aylarında əlilliyi olan şəxslərə 20,8 min reabilitasiya vasitəsi verilib

“SpaceX” qlobal internet şəbəkəsinə aid daha 22 peyki orbitə çıxarıb

Son iki ayda sosial sahə üzrə 78 mindən çox e-arayış verilib

Fransa Mərakeşə 146 milyon dollar kredit verir

Qazaxıstan Xəzər dənizində hərbi təlimlər keçirib

Ədliyyə naziri Saatlıda vətəndaşları qəbul edib

“Ətirlisən, dadlısan, süfrəmizin yaraşığısan” II Çay Festivalı keçirilib

Martın 18-də aşkarlanan silah və sursatların sayı açıqlanıb

Fransuaza Jilonun rəssamlıq irsi Pikasso Muzeyində

Novruz bayramı ilə əlaqədar yanğın təhlükəsizliyi qaydalarına dair Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edib

Kəngərli rayonunun yaradılmasının 20 illiyinə həsr olunan virtual sərgi təqdim edilib

Bakının abad məhəllələrində Novruz şənlikləri davam edir

Hərbi Prokurorluq işçiləri Müdafiə Nazirliyinin yüksəkrütbəli vəzifəli şəxsləri ilə birgə Novruz bayramı ərəfəsində hərbi hissələrdə olublar

® Monteneqronun sabiq prezidenti Milo Cukanoviç “Azərbaycanın dostu” qızıl ordeni ilə təltif olunub

Dünya Bankı Misirə 6 milyard dollar yardım edəcək

Baş Dövlət Yol Polisi İdarəsi qeyri-iş günlərində səfərə hazırlaşan sürücülərə müraciət edib

Aİ Şurası Ukraynaya yeni yardım fondunu təsdiqləyib

Folklorşünas alim: Torpaq çərşənbəsi insanın təbiətlə həmrəy olması bayramıdır

Türkiyədə fəlakət zonasındakı sakinlər hər ay 15 min evlə təmin ediləcək

DİN: Martın 19-da ölkə üzrə 40 cinayətin açılması təmin olunub

Ölkənin əksər bölgələrinə yağış, dağlıq rayonlara qar yağıb

Dünya birjalarında neft ucuzlaşıb

Zabrat qəsəbəsindəki marketdə baş verən yanğın söndürülüb

Naxçıvanın kəndlərinin içməli su təminatı yaxşılaşdırılır

MDU-da tərəfdaş universitetlərlə birlikdə Çanaqqala Zəfərinin ildönümü qeyd edilib

Azərbaycan nefti bahalaşıb

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva İlaxır çərşənbə ilə bağlı paylaşım edib

® GL 2023-cü ildə neft hasilatı artımına nail olub

Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır

Bakının bəzi yollarında sıxlıq müşahidə olunur SİYAHI

Mövcud hava şəraiti ilə bağlı sürücülərə müraciət edilib

Ukraynanın Krivoy-Roq şəhərində Novruz bayramı ilə bağlı konsert təşkil edilib

Saatlıda narkokuryerlik edən şəxs saxlanılıb

Hüquq müdafiəçisi: Azərbaycan NATO-nun uzunmüddətli tərəfdaşıdır

Türkiyə tədqiqatçıları stressin beyində “zamanın qavranılmasını” pozduğunu müəyyənləşdiriblər

Daşkəsəndə narkotik vasitələr satan şəxs saxlanılıb

Avstraliya məhkəməsi “Uber”i böyük məbləğdə təzminat ödəməyə məcbur edib

Yanlış ayaqqabı uşağın sağlamlığına zərər verə bilər - Mütəxəssis rəyi

Anaklia limanının dəniz infrastrukturunun tikintisi üçün beynəlxalq tender elan edilib

Süni intellekt və lazer əsaslı sensorla mədədəki xəstəliklər müəyyən ediləcək

Braziliyada hiss edilən temperatur 62 dərəcə Selsini keçib