REGİONLAR
"Kapital Bank" 24/7 Elektron Xidmət Mərkəzini istifadəyə verib
Bakı, 21 iyul, AZƏRTAC
“Kapital Bank” filialların inkişafı layihəsi çərçivəsində Gəncə şəhəri, Cavadxan küçəsi, 24 ünvanında yerləşən “Gəncə” filialı nəzdində müştərilər üçün 24/7 Elektron Xidmət Mərkəzini istifadəyə verib.
Bankdan AZƏRTAC-a bildiriblər ki, yeni xidmət mərkəzidə 24 saat ərzində ödəniş terminalları vasitəsilə kommunal və bank ödənişləri, ATM vasitəsilə isə sürətli köçürmələrin qəbulu, nağd vəsaitin hesaba mədaxil və məxarici mümkün olacaq.
Region filialları üzrə ilk olan “Gəncə” 24/7 elektron xidmət mərkəzi onun göstəricisidir ki, “Kapital Bank” paytaxt ilə paralel region filiallarının inkişafını da həyata keçirir, müştərilər üçün müxtəlif xidmətlər təqdim edir. Bundan öncə Bakı üzrə “Nərimanov”, “Mərkəz”, “28 May”, “Qara Qarayev”, “İçərişəhər” filiallarında 24/7 elektron xidmət mərkəzlərini istifadəyə verib. Ötən aydan etibarən, həmçinin “Abşeron”, “Sumqayıt”, “Şuşa”, “Əhmədli”, “Binəqədi” və “Bərdə” filiallarında xarici ödəmə terminallarını quraşdırılıb. Həmin terminallar vasitəsilə müştərilər kredit ödənişləri, plastik kart hesablarına mədaxil, büdcə, rabitə, sığorta, kommunal ödənişləri həyata keçirə bilərlər.
Qeyd edək ki, “Kapital Bank” filial şəbəkəsinin transformasiyası istiqamətində müəyyən tədbirlər həyata keçirir. 2017-ci ildə yeni “Bravo” və “Nərimanov” Kart Mərkəzi filialları, “Buzovna”, “Dəmiryol”, “Lökbatan” və “ASAN Masallı” şöbələri fəaliyyətə başlayıb, “Həzi Aslanov”, “Qubadlı” və “Göyçay” filialları yeni ünvana köçürülüb. Bankın yenilənmiş filiallarında vahid korporativ interyer dizayn standartları tətbiq edilib və bu proses hazırda davam etməkdədir. Cari ildə daha bir sıra şəhər və region filiallarının yeni konsepsiyaya uyğun əsaslı təmir olunması, yeni filial və şöbələrin açılması planlaşdırılır.
Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan “Kapital Bank” 92 filialı və 7 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət etmək olar.