İQTİSADİYYAT


"Kapital Bank" Torontoda beynəlxalq tədbirlərdə təmsil olunub

Bakı, 18 oktyabr, AZƏRTAC

"Kapital Bank"ın idarə heyəti sədrinin birinci müavini Fərid Hüseynovun başçılıq etdiyi nümayəndə heyəti Torontoda keçirilən ənənəvi "SIBOS - 2017" beynəlxalq sərgisində, həmçinin Amerika Beynəlxalq Bankçılıq Assosiasiyasının (BAFT) yığıncağında iştirak edib.

Bankın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, hər il olduğu kimi, bu dəfə də nüfuzlu tədbirlərdə dünyanın 200-dən artıq ölkəsinin iri bankları və maliyyə institutları təmsil olunublar. SIBOS sərgisi bu il 4 əsas istiqaməti əhatə edib: bankçılıq, komplayens, qiymətli kağızlar və texnologiyalar. Mütəxəssislər "Gələcəyin qurulması" ("Building for the Future") mövzusunda keçirilən konfransda maliyyə sektorunda baş verən dəyişikliklər, kibertəhlükəsizlik, süni intellekt və digər məsələlər ətrafında müzakirələr aparıblar. Səfər çərçivəsində, həmçinin "Kapital Bank"ın idarə heyəti sədrinin müavini, baş informasiya inzibatçısı Nahid Zeynalov SWIFT-in Azərbaycan üzrə koordinatoru olaraq illik yığıncağa qatılıb.

"Bir neçə gün davam edəcək tədbirdə xarici bankların nümayəndələri ilə görüşlərimiz oldu. Əsasən banklararası müxbir əlaqələrin qurulması, xəzinədarlıq, qiymətli kağızlar, maliyyə cinayətlərinin qarşısının alınması və valyuta riskləri sahəsində fikir mübadilələri apardıq. Builki tədbirin əsas prioritet istiqamətlərindən biri, həmçinin informasiya texnologiyaları sahəsində olan yeniliklərlə bağlıdır. Əminəm ki, belə tədbirlərdə iştirak "Kapital Bank"ın beynəlxalq əməkdaşlığının inkişafına təkan verəcək", – deyə "Kapital Bank"ın idarə heyəti sədrinin birinci müavini Fərid Hüseynov bildirib.

Tədbir oktyabrın 19-dək davam edəcək.

Qeyd edək ki, Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan "Kapital Bank" 92 filialı və 7 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya bankın müxtəlif sosial şəbəkələrdəki səhifələrinə müraciət etmək olar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.