İQTİSADİYYAT
"Kapital Bank" ənənəvi "Təhsil avtobusu" layihəsinin rəsmi tərəfdaşıdır
Bakı, 25 iyul, AZƏRTAC
"Kapital Bank" "Azərbaycan üçün öyrət" təhsil proqramı çərçivəsində "Təhsil avtobusu" adlı Yay Məktəbi layihəsinin rəsmi tərəfdaşıdır.
Bankdan AZƏRTAC-a bildiriblər ki, layihə ilə bağlı keçirilən tədbirdə təhsil nazirinin müavini Firudin Qurbanov və digər qonaqlar iştirak edib. Layihə iyulun 31-dək davam edəcək.
"Təhsil avtobusu" adlı Yay Məktəbi Quba, Masallı, Sabirabad, Gəncə, Mingəçevir, Zaqatala, İsmayıllı və Bakı üzrə təhsil marafonuna çıxıb. Marafonda iştirak edən gənclər karyera və fərdi inkişaf təlimlərində iştirak edəcəklər.
"Azərbaycan üçün öyrət" təhsil proqramı ölkənin təhsil strategiyasına uyğun olaraq, keyfiyyətli təhsil üçün bərabər imkanların yaradılmasını təmin edir.
Qeyd edək ki, Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan "Kapital Bank", 92 filialı və 7 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət etmək olar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:22]
Dövlət Vergi Xidməti: Elektron xidmət təkmilləşdirilib
- 27.08.2023 [07:11]
Dövlət xətti ilə 3886 mənzil kirayə verilib
- 26.08.2023 [14:52]
Hüquqi şəxsin fəaliyyəti yenidən bərpa oluna bilərmi?
- 26.08.2023 [14:50]
ABŞ Federal Ehtiyat Sistemi uçot dərəcələrini artırmağa davam edəcək
- 25.08.2023 [14:44]