İQTİSADİYYAT
"Kapital Bank"dan müəllimlərə 5 faiz güzəştlə kredit kampaniyası
Bakı, 3 oktyabr, AZƏRTAC
"Kapital Bank" 5 oktyabr – Müəllimlər Günü münasibətilə oktyabrın 7-dək müəllimlər üçün yeni güzəştli kredit kampaniyası keçirir.
Bankdan AZƏRTAC-a bildiriblər ki, aksiya çərçivəsində "Kapital Bank"a müraciət edən müəllimlərə illik faiz dərəcəsində 5 faiz endirim təqdim edilir.
Qeyd edək ki, "Gündəlik tələbat krediti"nin məbləği 300 – 15 min manat təşkil edir, müddəti isə 40 ayadək rəsmiləşdirilə bilər. Bu məhsul maaş və ya pensiyasını "Kapital Bank"dan alan müştərilərə şamil edilir. Kredit rəsmiləşdirilməsi üçün maaş və ya pensiya kartı, həmçinin şəxsiyyət vəsiqəsi tələb olunur.