İQTİSADİYYAT


"Kapital Bank"dan neftçilərə özəl təklif

"Kapital Bank" neft sahəsində işləyənlər üçün yeni güzəştli kredit aksiyası təqdim edir. Aksiyadan əməkhaqqını "Kapital Bank" kartları ilə almayan neftçilər də yararlana biləcəklər.

Aksiya çərçivəsində kreditin illik faiz dərəcəsinə 5 faizədək endirim edilir. Üstəlik kredit götürənlərə BirKart hədiyyə olunacaq. Şərtlərə əsasən kredit zaminsiz verilə bilər. Aksiya 2018-ci il oktyabrın 31-nə kimi keçirilir.

Qeyd edək ki, "Kapital Bank"da "Gündəlik tələbat krediti"nin məbləği 300 – 20 000 manat təşkil edir, müddəti isə 3 aydan 48 ayadək rəsmiləşdirilə bilər. Ümumi kredit şərtləri barədə ətraflı – www.kapitalbank.az/loans/cash?hl=az .

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan "Kapital Bank" 95 filialı və 7 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.