İQTİSADİYYAT


"Kartla ödə, kartla qazan" stimullaşdırıcı lotereya təşkil olunacaq

Bakı, 19 yanvar, AZƏRTAC

Fevraldan etibarən Mərkəzi Bank tərəfindən "Kartla ödə, kartla qazan" adlı tirajlı stimullaşdırıcı lotereya təşkil olunacaq.

Azərbaycan Banklar Assosiasiyasından (ABA) AZƏRTAC-a bildirilib ki, "Marketinq və PR üzrə" Ekspert Qrupu, Mərkəzi Bankın və bankların marketinq nümayəndələri arasında keçirilən görüşdə əhalinin rəqəmsal ödənişlərə marağının artırılması məqsədilə təşkil olunacaq lotereyanın şərtlərinin daha geniş kütləyə çatdırılması üçün bankların dəstəkvermə formaları müzakirə edilib.

Müzakirə zamanı lotereyanın ilk vizual posteri, sloqanı, təbliğat materialları təqdim olunub. Həmçinin marketinq nümayəndələrinin təklifləri dinlənilib və suallar cavablandırılıb.

"Kartla ödə, kartla qazan" lotereyası bütün ölkəni əhatə edəcək, korporativ və istifadəçisi eyniləşdirilməyən kartlardan başqa bütün kart sahiblərinə şamil olunacaq və yalnız POS-terminallarda ödəniş edən zaman iştirak hüququ qazanılacaq. Bu kampaniya respublikada rəqəmsal ödənişlərin təşviqinə yönəldilmiş ilk vahid kampaniyadır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.