İQTİSADİYYAT


"Kənddən şəhərə" məhsullarını "Bravo" marketlər şəbəkəsində əldə etmək mümkün olacaq

Bakı, 7 noyabr, AZƏRTAC

"Kənddən şəhərə" məhsullarını "Bravo" marketlər şəbəkəsində əldə etmək mümkün olacaq.

Kənd Təsərrüfatı Nazirliyinin ictimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildiriblər ki, "Kənddən şəhərə" Dövlət Aqrar Ticarət Şirkətinin kiçik və orta fermer təsərrüfatı sahiblərinin yetişdirdiyi, eləcə də yerli ərzaq məhsullarının satışına dəstək məqsədilə həyata keçirdiyi bir layihədir. Yaxın günlərdə istifadəyə veriləcək "Kənddən şəhərə" mağazasında vətəndaşlarımız ekoloji təmiz, təbii və keyfiyyətli kənd təsərrüfatı məhsullarını əldə edə biləcəklər.

Layihə çərçivəsində həm də fermerlərin yetişdirdiyi məhsulların "Kənddən şəhərə" adı altında qablaşdırılaraq satışına dəstək göstərilməsi nəzərdə tutulur. Bu məhsulları vətəndaşlarımız həm "Kənddən şəhərə" mağazasında, həm də müxtəlif market şəbəkələrində əldə edə biləcəklər.

Dövlət Aqrar Ticarət Şirkətinin "Bravo" Marketlər Şəbəkəsi ilə əldə etdiyi razılığa əsasən, metronun "Koroğlu" stansiyası yaxınlığında istifadəyə verilmiş Qafqazın ən böyük hipermarketində "Kənddən şəhərə" məhsullarının xüsusi stend və vitrini quraşdırılıb. Vətəndaşlar bu vitrinlərdən təbii və keyfiyyətli məhsulları əldə edərək kiçik və orta fermer təsərrüfatlarının inkişafında pay sahibi ola bilərlər.

Tezliklə digər "Bravo" marketlərində də "Kənddən şəhərə" məhsullarını əldə etmək mümkün olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.