İDMAN


"Keşlə" 26 yaşlı braziliyalı futbolçunu transfer edib

Bakı, 10 avqust, AZƏRTAC

Paytaxtın "Keşlə" futbol klubu növbəti transferini reallaşdırıb.

AZƏRTAC klubun rəsmi saytına istinadla xəbər verir ki, braziliyalı hücumçu Silvio Rodriges Perreyra Juniorla 1 illik müqavilə bağlanılıb.

Karyerası ərzində Braziliyanın “Batatais”, Ukraynanın “Çernomorets” və Slovakiyanın “Zlata Morevtse” komandalarında oynamış 26 yaşlı forvard son olaraq Albaniya “Vlajniya”sında çıxış edib.

Qeyd edək ki, "Keşlə" buna qədər Tural Axundov, Şəhriyar Əliyev, Cavid İmamverdiyev, Rəhman Hacıyev, Turan Vəlizadə və Dmitro Klotsu da heyətinə cəlb edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.