İDMAN


"Keşlə" - "Sabah" qarşılaşması heç-heçə başa çatıb

Bakı, 19 oktyabr, AZƏRTAC

Oktyabrın 19-da futbol üzrə Azərbaycan Premyer Liqasının səkkizinci turunun ikinci görüşündə "Keşlə" doğma meydanda "Sabah"ı qəbul edib.

AZƏRTAC xəbər verir ki, "Şəfa" stadionunda keçirilən oyuna meydan sahibləri daha fəal başlayıblar. Görüşün 16-cı dəqiqəsində "Keşlə"nin yarımmüdafiəçisi Vüsal İsgəndərli hesabı açıb. "Sabah" futbolçuları isə oyunun sonunda hesaba tarazlıq gətiriblər. Hendrik Ekşteyn vurduğu qolla komandasına bir xalı qazandırıb. Matçın 94-cü dəqiqəsində hakim "Sabah"ın futbolçusu Filip İvanoviçə qırmızı vərəqə göstərib.

Oktyabrın 20-də keçiriləcək "Neftçi"–"Zirə" oyunu saat 17:00-da başlayacaq. Tura "Səbail"-"Sumqayıt" qarşılaşması ilə yekun vurulacaq. Matç saat 19:30-da start götürəcək.

Turun bütün görüşləri "CBC Sport" kanalı ilə birbaşa yayımlanacaq.

Yeddi turdan sonra turnir cədvəlinə 21 xalla "Qarabağ" klubu başçılıq edir. Hesabında 12 xal olan "Keşlə" ikinci, 11 xal olan "Neftçi" isə üçüncü pillədə qərarlaşıb. Sonrakı yerləri müvafiq olaraq "Səbail" (10), "Zirə" (8), "Sumqayıt" (7), "Qəbələ" (6) və "Sabah" (6) tuturlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.