"Krid-3" filminin premyerası təxirə salınıb
AzerTAg.az
Bakı, 29 iyul, AZƏRTAC
“MGM” kinostudiyası Rokkinin şagirdinin şücaətindən bəhs edən "Krid-3" filminin premyerasını təxirə salıb.
AZƏRTAC xarici KİV-ə istinadla xəbər verir ki, filmin 2022-ci ilin noyabrında nümayiş etdirilməsi planlaşdırılırdı, lakin sonradan təqdimat tarixi dəyişdirilərək 2023-cü ilin martın 3-nə təyin edilib. Belə ki, ekran əsərində Rokki obrazını canlandıran Hollivud ulduzu Silvestr Stallone üçüncü hissədə yer almayacağını və İrvin Vinklerlə birlikdə prodüser kimi çıxış edəcəyini bildirib.
"Yəqin ki, bu mənim həmin filmdə son obrazım olacaq. 2006-cı ildə Rokki Balboa obrazı ilə vidalaşdığımı düşünürdüm və bundan çox razı idim. Sonra birdən Maykl B.Cordan adlı bir gənc peyda oldu və bütün hekayə dəyişdi. Süjet xətti yeni problem və hadisələrlə yeni nəslin ixtiyarına keçdi. Təbii ki, mən artıq arxa plana keçməyimdən çox məmnunam, çünki mənim hekayəm artıq danışılıb. Beləliklə yeni tamaşaçıların və növbəti nəslin qarşısında başqa bir mövzu açılacaq”, - deyə S.Stallone bildirib.

Xəbərin mətnində orfoqrafik səhv var