MƏDƏNİYYƏT


"Kung Fu Panda-4" animasiya filminin premyera tarixi açıqlanıb

Bakı, 13 avqust, AZƏRTAC

“Universal Studios” şirkətinin “Kung Fu Panda” animasiya filminin dördüncü hissəsi hazırda hazırlanma mərhələsindədir. Filmin premyerası 2024-cü il martın 8-də olacaq.

AZƏRTAC xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə “Kung Fu Panda 4”ün rejissoru məlumat verib.

Xatırladaq ki, layihənin birinci hissəsi 2008-ci ildə “Ən yaxşı animasiya filmi” nominasiyasında “Oskar” mükafatını alıb. Sonrakı bölümləri 2011 və 2016-cı illərdə buraxılıb. Bütün bölümlər kassa gəlirləri üzrə uğur qazanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.