İDMAN


"Kürü keçək?!" açıq suda üzmə yarışının qalibləri müəyyənləşib

Bakı, 1 oktyabr, AZƏRTAC

Oktyabrın 1-də Gənclər və İdman Nazirliyi və Azərbaycan Üzgüçülük Federasiyasının birgə təşkilatçılığı ilə "Kürü keçək?!" açıq suda üzmə yarışı keçirilib.

Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, su idman növlərinin təbliği, daha geniş yayılması və inkişaf etdirilməsi məqsədilə keçirilən kütləvi yarış Mingəçevirdə, Kür sahilində baş tutub. Xatırladaq ki, ilk dəfə açıq suda üzmə yarışı iyun ayının 20-də Bakıda, Xəzər dənizində təşkil edilib.

Yarışın açılışında gənclər və idman naziri Fərid Qayıbov çıxış edərək kütləvi idman yarışlarının əhəmiyyətindən danışıb. Nazir dövlətimizin başçısı İlham Əliyevin tapşırıq və tövsiyəsi ilə kütləvi idman yarışlarına diqqətin artırıldığını bildirib.

Beş yaş qrupu üzrə, ümumilikdə 100-dən çox kişi və qadın iştirakçı finişə çatmaq üçün Kür çayının iki sahili arasında 300 metr məsafəni üzüblər. Budəfəki yarışın ən gənc iştirakçısının 14, ən yaşlı üzgüçünün isə 53 yaşı olub.

Qadınlar arasında Milanə Xəlilova, Zeynəb Kərimova (15-19 yaş), Lalə Əzizova (20-29 yaş), Yelena Şipova (30-49 yaş), İrina Vereşagina, Svetlana Yevkina, Nailə Novotorjina (40-49 yaş), Alyona Süleymanova (50+) fərqləniblər.

Kişilərin mübarizəsində isə Bəhram Şabanlı (10-14 yaş), Səid Həmidov, Səid Zairov, Teymur Sadıqov (15-19 yaş), Əli Adıgözəlli, Toğrul Məmmədli, Tural Həsənzadə (20-29 yaş), Emil İbrahimov, Ümid Məmmədov, Teymur Quliyev (30-39 yaş), Denis Novotorjin, Ramil Məmmədov, Samir Cavadov (40-49 yaş), İnnurov Zirek, Elgiz İsmayılov, Sergey Stisyuk (50+) öz kateqoriyalarında qalib gəliblər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.