İDMAN


"Liverpul" klubu son mövsümdə rekord məbləğdə gəlir əldə edib

Bakı, 9 fevral, AZƏRTAC

İngiltərənin "Liverpul" klubunun 2017-2018-ci il mövsümündə qazandığı məbləğ açıqlanıb.

AZƏRTAC Sky Sports nəşrinə istinadla xəbər verir ki, Mersessayd təmsilçisi ümumilikdə 516 milyon dollar (vergi xərcləri daxil), təmiz isə 162 milyon dollar qazanc əldə edib.

"Liverpul" keçən il 285 milyon dollar televiziya yayımından, 199 milyon dollar reklamdan, 93 milyon dollar isə UEFA Çempionlar Liqasından qazanıb. Klubun cari mövsümdə transferə xərclədiyi məvacib 246 milyon dollar təşkil edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.