İDMAN


"Lyon" futbol klubunun prezidenti Karim Benzemanı geri qaytarmağa ümid edir

Bakı, 13 mart, AZƏRTAC

Fransa futbol klubu “Lyon”un prezidenti Jan-Mişel Ola, "Real Madrid"in hücumçusu Karim Benzemanı komandaya geri qaytarmağa ümid bəsləyir.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə Fransanın "Tout le sport" telekanalında məlumat verilib. Jan-Mişel keçən il futbolçu ilə komandaya qayıtmaq barəsində danışdıqlarını və onun buna hazır olduğunu bildirib. Qeyd edib ki, futbolçu ilə iqtisadi göstəricilər barədə razılığa gəlməyiblər. “K. Benzema qayıtsaydı, əla olardı”, - deyə o, əlavə edib.

Qeyd edək ki, K. Benzema 2009-cu ildə "Lyon"dan “Real Madrid”ə keçib. O, “Lyon”un heyətində (2004-2009-cu illər) Fransanın dördqat çempionu adına layiq görülüb. Ölkənin ikiqat Super Kubokunu və kubokunu qazanıb.

"Lyon" Fransa çempionatında 28 matçda 50 xal toplayaraq 3-cü pillədə qərarlaşıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.