İQTİSADİYYAT


"Maliyyə Hesabatlarının Beynəlxalq Standartları 9"a dair məsələlər müzakirə edilib

Bakı, 12 iyul, AZƏRTAC

Azərbaycan Banklar Assosiasiyasında (ABA) "Maliyyə Hesabatlarının Beynəlxalq Standartları 9"a (IFRS 9) dair məsələlər müzakirə edilib.

AZƏRTAC ABA-ya istinadla xəbər verir ki, Azərbaycan Banklar Assosiasiyasının nəzdində fəaliyyət göstərən "Daxili audit, mühasibat uçotu, vergi və hesabatlılıq" üzrə Ekspert Qrupunun üzvləri və qrup üzvü olmayan digər bankların müvafiq nümayəndələri ilə Maliyyə Bazarlarına Nəzarət Palatasının nümayəndələri arasında görüş keçirilib. Görüş çərçivəsində "Maliyyə Hesabatlarının Beynəlxalq Standartları 9"la bağlı məsələlər müzakirə olunub.

Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 29 bank və 3 qeyri-bank təşkilatı ABA-nın üzvüdür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.