İQTİSADİYYAT


"Maliyyə Proqramlaşdırılması" mövzusunda seminar keçirilib

Bakı, 29 iyun, AZƏRTAC

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin (SECO) təcrübəli maliyyə eksperti Benedikt Braumanın iştirakı ilə "Maliyyə Proqramlaşdırılması" mövzusunda seminar keçirilib.

Mərkəzin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, təlimin əsas məqsədi İİTKM-də makro-iqtisadi təhlil və proqnozlaşdırma sahəsində institusional potensialın gücləndirilməsi və Beynəlxalq Valyuta Fondunun "Maliyyə Proqramlaşdırılması (Financial Programming - FP)" modelinin qurulması ilə bağlı aktiv müzakirələrin aparılmasıdır. Proqram çərçivəsində real, fiskal, monetar və xarici sektorların diaqnostikası aparılmaqla ümumi daxili məhsulun artımı, inflyasiya, maliyyə ehtiyatları və neft fondundan transfertlərə dair orta və uzunmüddətli proqnozların işlənib hazırlanması da müzakirələrin əsas istiqaməti olub.

Qeyd edək ki, SECO-nun nümayəndəsi Benedikt Brauman buna qədər bir neçə dəfə bu mövzuda təqdimatlar həyata keçirib. Beşgünlük təlimin sonunda iştirakçılara sertifikatlar təqdim olunub.

Hazırda İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində ümumi tarazlıq modeli, mikrosimulyasiya modeli və maliyyə proqramlaşdırılması da daxil olmaqla güclü ekonometrik laboratoriya formalaşıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.