İDMAN


"Mançester Siti"nin baş məşqçisi iki oyunluq cəzalandırılıb

Bakı, 5 iyun, AZƏRTAC

UEFA İngiltərənin "Mançester Siti" klubunun baş məşqçisi Xosep Qvardiolanı iki oyunluq cəzalandırıb.

AZƏRTAC xəbər verir ki, buna səbəb İngiltərə təmsilçisinin baş məşqçisinin Çempionlar Liqasının dörddəbir final mərhələsinin cavab oyununda evdə "Liverpul"la matçda hakimə qəti şəkildə etiraz etməsidir.

Qvardiola sözügedən qarşılaşmada meydandan qovulub. İspan mütəxəssisin cəzasının biri şərti xarakter daşıyacaq. Bu hal növbəti mövsümdə təkrarlanacağı təqdirdə, onun cəzası qüvvəyə minəcək.

Qeyd edək ki, "Mançester Siti" - "Liverpul" matçı qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.