İDMAN


"Mercedes"in pilotu Luis Hamilton Barselonada ardıcıl beşinci qələbəsini qazanıb

Bakı, 10 may, AZƏRTAC

Mayın 9-da də Formula 1 İspaniya Qran-Prisinin qalibi müəyyənləşib.

AZƏRTAC xəbər verir ki, yarışda “Mercedes”in pilotu Luis Hamilton birinci olub. Maks Ferstappen ("Red Bull Racing") yarışı ikinci, Valtteri Bottas (“Mercedes”) isə üçüncü pillədə başa vurublar.

L.Hamilton cari mövsüm üçüncü, karyerasında 98-ci, Barselonada isə ardıcıl 5-ci qələbəsini qazanıb.

Pilotların siyahısına 94 xalla L.Hamilton başçılıq edir. M.Ferstappen 80 xalla ikinci, V.Bottas isə 47 xalla üçüncü pillədə yer alıb.

Konstruktorlar kubokunda "Mercedes" 141 xalla birincidir. İlk üçlüyü "Red Bull" (112 xal) və "McLaren" (65 xal) komandaları tamamlayır.

Növbəti yarış iki həftə sonra Monakoda təşkil olunacaq.

Qeyd edək ki, Formula 1 Azərbaycan Qran-Prisi iyunun 6-da Bakı şəhər halqasında keçiriləcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.