MƏDƏNİYYƏT
"Minionlar" Nizami Kino Mərkəzinin ekranında VİDEO
Bakı, 9 iyul, AZƏRTAC
İyulun 9-dan etibarən Nizami Kino Mərkəzində "Minionlar" animasiya filminin 3D formatında nümayişinə başlanıb.
Mərkəzin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Brayan Linçin ssenarisi əsasında amerikalı rejissorları Kayl Balda və Pyer Soffinin çəkdikləri "Minionlar" cizgi filmi ailəvi komediya janrındadır.
Minionlar planetdə insanlardan bir neçə milyon il əvvəldən yaşayırlar. Onların bir ideyaları var – yer üzünün ən çirkin şəxsiyyətinə qulluq etmək. Dinozavrlar, fironlar, Drakula, Napoleon – hamısı qısa ömürlü oldular. İndi Minionlar Nyu-Yorka üz tutublar. Onları burada pul, hakimiyyət, ətrafına fəlakət saçan super cani Skarlett Overkill və sözsüz ki, çox dadlı banan gözləyir. Hər halda onlar belə düşünürlər.
Filmdə rolları Sandra Bullok, Con Xemm, Maykl Kiton, Ellison Cenni, Stiv Kuqan, Cennifer Sonders, Ceffri Raş, Stiv Karell, Pyer Soffin, Keti Mikson və başqa aktyorlar canlandırıb.