MƏDƏNİYYƏT


"Muzeyi peşəkardan öyrənək" layihəsi çərçivəsində növbəti təlim- seminar keçirilib

Bakı, 2 avqust, AZƏRTAC

Mədəniyyət Nazirliyi tərəfindən həyata keçirilən "Muzeyi peşəkardan öyrənək" adlı layihə üzrə növbəti təlim-seminar Ağcabədi Regional Mədəniyyət İdarəsinin əhatə etdiyi Ağcabədi, Ağdam və Laçın rayonlarında fəaliyyət göstərən tarix-diyarşünaslıq muzeyləri, ev-muzeyləri, rəsm qalereyaları və Heydər Əliyev mərkəzlərinin direktorları, baş fond mühafizləri və elmi işçiləri üçün Ağcabədi Tarix – Diyarşünaslıq Muzeyində keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan İstiqlal Muzeyinin direktoru Sədi Mirseyibli və elmi fond işləri üzrə direktor müavini Aida Axundova tərəfindən aparılan təlim-seminarda “muzey sahəsində müasir çağırışlar”, “fond və mühafizə işi”, “dünya muzeyləri” mövzuları üzrə təlim-seminar təşkil olunub.

Layihədə ümumilikdə 8 mədəniyyət müəssisəsindən 22 əməkdaş iştirak edib.

Qeyd edək ki, “Muzeyi peşəkardan öyrənək” adlı layihə region muzeylərinin və əməkdaşlarının fəaliyyətini aktivləşdirmək, müasir çağırışlara cavab verən muzey mühitini formalaşdırmağa xidmət edir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.