MƏDƏNİYYƏT


"Nağıllar aləminə səyahət" adlı tədbir keçirilib

Bakı, 5 avqust, AZƏRTAC

Avqustun 5-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Nərimanov rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanası tərəfindən "Brain Academy" uşaq bağçası və inkişaf mərkəzində növbəti "Nağıllar aləminə səyahət" adlı tədbir keçirilib.

Baş İdarədən AZƏRTAC-a bildirilib ki, kitabxananın əməkdaşları S.Abbasova və L.Mikayılova gəmi kapitanı və pəri obrazında maraqlı dəniz hekayələri, eləcə də nağıl qəhrəmanlarının taxta fiqurları vasitəsilə sevimli "Tık-tık xanım” nağılını danışaraq uşaqları möcüzəvi dünyaya aparıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.