CƏMİYYƏT


"Nar"ın "Oxu saatı" layihəsinin növbəti qiraətçisi Zülfiyyə Xanbabayeva olacaq

Bakı, 14 may, AZƏRTAC

23 aprel - Ümumdünya Kitab Günü münasibətilə “Nar” şirkəti və Bakı Kitab Mərkəzinin birgə təşkilatçılığı ilə başlayan “Oxu saatı” layihəsi davam edir.

“Nar”dan AZƏRTAC-a verilən məlumata görə, 14 may saat 12:00-da baş tutacaq onlayn görüşün növbəti qiraətçisi Xalq artisti Zülfiyyə Xanbabayeva olacaq. O, izləyicilər üçün dünyaca məşhur nağıllar oxuyacaq. Görüşə qoşulmaq üçün bu keçidə daxil olmaq, yaxud “Nar”ın rəsmi feysbuk və yutub kanallarında yayımı canlı şəkildə izləmək mümkündür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.