İDMAN


"Neftçi"-"Rapid" oyununda hesab açılıb

Bakı, 11 avqust, AZƏRTAC

Avstriyada UEFA Konfrans Liqasının üçüncü təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçirilən "Rapid"-"Neftçi" matçında hesab açılıb.

AZƏRTAC xəbər verir ki, Vyanadakı “Alyans” stadionunda oynanılan görüşdə hesabı rəqib komanda açıb. Görüşün 66-cı dəqiqəsində meydan sahiblərinin heyətində Marko Qrüll fərqlənib.

Qeyd edək ki, komandalar fasiləyə qolsuz bərabərliklə yollanmışdılar.

Qarşılaşmanı norveçli hakim Rohit Saqq idarə edir.

Bu matçın qalibi turnirin növbəti - pley-off mərhələsində Lixtenşteynin “Vaduts” klubu ilə üz-üzə gələcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.