İDMAN


"Neftçi" klubu UEFA Çempionlar Liqasındakı yubiley matçında qələbə qazanıb

Bakı, 14 iyul, AZƏRTAC

UEFA Çempionlar Liqasının birinci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçirilən görüşdə Bakının “Neftçi” klubu “Dinamo” (Tbilisi) komandasına qalib gəlib -2:1.

AZƏRTAC xəbər verir ki, "Bakcell Arena"da təşkil olunan görüşdə "Neftçi"nin heyətində Emin Mahmudov, Namiq Ələsgərov, rəqib komandadan isə Milan Radin fərqləniblər.

Komandalar arasında Tbilisidəki ilk qarşılaşma da “Neftçi”nin 2:1 hesablı qələbəsi ilə başa çatıb. İki oyunun nəticəsinə görə, Bakı təmsilçisi UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsinə yüksəlib. Təmsilçimiz növbəti mərhələdə Yunanıstanın "Olimpiakos" komandası ilə qarşılaşacaq.

Bu, “Neftçi”nin Çempionlar Liqasında yubiley - 20-ci matçıdır. Flaqman bunadək keçirdiyi 19 görüşün 6-da qələbə qazanıb, 5-də heç-heçə edib. Səkkiz qarşılaşma isə paytaxt təmsilçisinin məğlubiyyəti ilə başa çatıb. Qitənin ən nüfuzlu klub turnirində 16 qol vuran “Neftçi” qapısında 33 top görüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.