İDMAN


"Neftçi" klubu serbiyalı müdafiəçisi ilə yeni müqavilə imzalayacaq

Bakı, 5 may, AZƏRTAC

"Neftçi" klubu legionerlərdən biri haqda qərarını verib.

AZƏRTAC xəbər verir ki, klub serbiyalı müdafiəçisi Vojislav Stankoviçlə cari mövsümün sonunda başa çatan müqavilənin müddətini uzadacaq.

Otuz dörd yaşlı futbolçu ilə yeni anlaşmanın 1 illik olması gözlənilir.

Xatırladaq ki, V.Stankoviç 2019-cu ilin yayından "Neftçi"də forma geyinir. O, bunadək ölkəmizdə "İnter" və "Qəbələ"də çıxış edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.