İDMAN
"Neftçi" qələbə qazanaraq liderliyini möhkəmləndirdi
Bakı, 20 fevral, Nicat Məmmədov, AZƏRTAC
Fevralın 20-də futbol üzrə Azərbaycan Premyer Liqasının XVI turuna yekun vurulub.
AZƏRTAC xəbər verir ki, turun son matçında "Neftçi" "Qəbələ"ni qəbul edib.
"Bakcell Arena"dakı qarşılaşma "Neftçi"nin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Görüşdə qolu 90+4-cü dəqiqədə Emin Mahmudov vurub.
Bu nəticədən sonra 33-cü xalını qazanan "Neftçi" liderliyini möhkəmləndirib. Qonaqlar isə 18 xalla 5-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, günün ilk görüşündə "Zirə" səfərdə "Keşlə" ilə qollu heç-heçə edib - 2:2. Dünən baş tutan matçlarda isə "Səbail" evdə "Sabah"ı 2:0 hesabı ilə məğlub edib. "Qarabağ" isə səfərdə "Sumqayıt"la qolsuz bərabərliyə razılaşıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.03.2024 [16:12]
Bakıdakı təsnifat turnirində 33 ölkənin güləşçiləri mübarizə aparacaqlar
- 29.03.2024 [15:22]
Argentina millisinin futbolçusunu hədələyən cinayətkarlar saxlanılıb
- 29.03.2024 [15:05]
Azərbaycan Premyer Liqasında daha 2 turun cədvəli məlum olub
- 29.03.2024 [14:38]
Baş katib: Azərbaycan basketbolunda yeni tarix yazmaq istəyirik
- 29.03.2024 [14:19]
Olimpiya idman növləri üzrə federasiyalar üçün seminar keçirilib
- 29.03.2024 [14:11]
Bakı kəndləri arasında futbol turniri başlayır
- 29.03.2024 [13:36]