İQTİSADİYYAT
"Nikoyl" Bankdan "Pulsuz danışıq dəqiqələri" aksiyası
Bakı, 16 oktyabr, AZƏRTAC
"Nikoyl" Bank və “Bakcell” mobil operatorunun birgə layihəsi davam edir. Beynəlxalq pul köçürmə sistemlərinin hər hansı birindən istifadə etdikdə "Nikoyl" Bank tərəfindən müştəriyə 10 dəqiqədən 50 dəqiqəyə kimi “Bakcell” danışıq dəqiqələri hədiyyə ediləcək.
Bankdan AZƏRTAC-a bildiriblər ki, müştəri 500-1000 məbləği arasında pul köçürməsi etdikdə 10 dəqiqə, 1001-5000 məbləği arasında pul köçürməsi etdikdə 20 dəqiqə, 5001-10000 məbləği arasında pul köçürməsi etdikdə 30 dəqiqə, 10001 məbləğindən artıq pul köçürməsi etdikdə 50 dəqiqə pulsuz danışıq dəqiqələri əldə edəcək.
Hazırda bankda "Zolotaya Korona", "Contact", "Caspian Money Transfer", "Lider", "Western Union", "Blizko", "Monex" və "Forsaj" kimi pul köçürmə sistemləri mövcuddur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:22]
Dövlət Vergi Xidməti: Elektron xidmət təkmilləşdirilib
- 27.08.2023 [07:11]
Dövlət xətti ilə 3886 mənzil kirayə verilib
- 26.08.2023 [14:52]
Hüquqi şəxsin fəaliyyəti yenidən bərpa oluna bilərmi?
- 26.08.2023 [14:50]
ABŞ Federal Ehtiyat Sistemi uçot dərəcələrini artırmağa davam edəcək
- 25.08.2023 [14:44]