İDMAN


"Nur" komandası qadınlar arasında çimərlik həndbolu üzrə Azərbaycan çempionatının ikiqat qalibi olub

Bakı, 21 avqust, G.Mahmudlu, AZƏRTAC

Avqustun 20-də Bakı Su İdmanı Sarayında çimərlik həndbolu üzrə ikinci Azərbaycan çempionatında qadın həndbolçular arasında qalib və mükafatçılar məlum olub.

AZƏRTAC xəbər verir ki, günün qadınlar arasında keçirilən ilk qarşılaşmasında "İdman Akademiyası" ilə qarşılaşan "Azəryol-1" asan qələbə qazanıb – 2:0 (15:5; 13:9).

"Azərsu" - "Azəryol-2" görüşü isə gərgin və maraqlı idman mübarizəsi ilə yadda qalıb. "Shoot-out"a qədər davam edən matç qonaq komandanın 2:1 (8:15; 13:11; 6:5) hesablı qələbəsi ilə yekunlaşıb.

Günün sonuncu matçı isə "Nur" və "Qarabağ" komandaları arasında keçirilib. Oyun "shoot-out"a qədər davam edib. Görüşdə "Qarabağ" rəqibini 2:1 ( 8:22; 15:14; 5:4) hesabı ilə məğlub edib.

Beləliklə, bu nəticələrdən sonra "Nur" komandası qızıl, "Azəryol-1" kollektivi gümüş, "Qarabağ" klubu isə bürünc medalların sahibi olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.