İQTİSADİYYAT
"PAŞA Həyat" cari ilin əvvəlindən 252 min 509 manat həcmində sığorta ödənişi həyata keçirib
Bakı, 1 iyul, AZƏRTAC
"PAŞA Həyat" "kredit götürən şəxslərin həyat sığortası" növü üzrə növbəti böyük həcmli sığorta ödənişini həyata keçirib.
Şirkətin ictimaiyyətlə əlaqələr xidmətindən AZƏRTAC-a bildiriblər ki, ölkədə fəaliyyət göstərən bankların birindən ipoteka krediti götürmüş şəxsin vəfat etməsi nəticəsində müştərinin 167 min 617 manat qalıq borc məbləği "PAŞA Həyat" tərəfindən aidiyyəti banka ödənilib. Bu sığorta ödənişi Azərbaycan sığorta tarixində ipoteka kreditləri üzrə ödənilən ən iri vəsait hesab olunur. "PAŞA Həyat" tərəfindən cari ilin əvvəlindən indiyədək ipoteka krediti ilə bağlı 5 sığorta hadisəsinə görə ümumilikdə, 252 min 509 manat həcmində sığorta ödənişi verilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:22]
Dövlət Vergi Xidməti: Elektron xidmət təkmilləşdirilib
- 27.08.2023 [07:11]
Dövlət xətti ilə 3886 mənzil kirayə verilib
- 26.08.2023 [14:52]
Hüquqi şəxsin fəaliyyəti yenidən bərpa oluna bilərmi?
- 26.08.2023 [14:50]
ABŞ Federal Ehtiyat Sistemi uçot dərəcələrini artırmağa davam edəcək
- 25.08.2023 [14:44]