MƏDƏNİYYƏT


"Pinokyo" filminin ilk treyleri yayımlanıb

Bakı, 25 yanvar, AZƏRTAC

“Netflix” Oskar mükafatçısı meksikalı rejissor Guillermo del Toronun növbəti filmi "Pinokyo"nun ilk treylerini paylaşıb.

AZƏRTAC xəbər verir ki, rejissorun “stop-motion” rejimində çəkdiyi musiqili filmdə İtaliyanın uşaq ədəbiyyatı yazarı Karlo Kollodinin klassik hekayəsini fərqli prizmadan nəzərdən keçirir. Filmin nümayişi bu ilin sonlarında nəzərdə tutulub. Guillermo del Toro müsahibələrində bunun qaranlıq bir "Pinokyo" hekayəsi olacağını vurğulayıb.

Treylerdə Ewan McGregor tərəfindən səsləndirilən "Cricket" personajının "Bu, bildiyinizi zənn etdiyiniz bir hekayədir, amma bilmirsiniz…” dediyi eşidilir.

"Pinokyo" əsl canlı uşaq olmaq istəyən bir kukla haqqındadır. Pinokyonun ayaqları yandırılır, zəncirlənir, hətta asılır, ancaq o ölmür. 1930-cu illərdə İtaliyada cərəyan edən hadisələrdən bəhs edən film, faşizmin yüksəldiyi və diktator Benito Mussolininin ölkəyə tam nəzarəti ələ keçirdiyi həyəcanverici tarixi məqamdan bəhs edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.