CƏMİYYƏT


"Qadın siyasi liderlər" təşkilatının tədbirində Azərbaycan qadınlarının ictimai-siyasi fəallığından danışılıb

Bakı, 1 dekabr, AZƏRTAC

Dünyanın mötəbər siyasi platformalarından olan "Qadın siyasi liderlər" təşkilatının “Nəsil bərabərliyinin qurulması: parlament fəaliyyətinə doğru” mövzusunda iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclasda genderlər arasında bərabər imkanların təmin edilməsi məqsədilə ölkə səviyyəsində həyata keçirilən layihələrdən danışılıb və bu istiqamət üzrə strategiya müzakirə olunub. Tədbirdə "Qadın siyasi liderlər" təşkilatının prezidenti və təsisçisi Silvana Koç-Mehrin, ÜST - 2030 Rəhbərlik komitəsinin həmsədri Qabriela Kuevas Barron və başqaları iştirak ediblər.

Qapalı formatda təşkil edilən tədbirdə ölkəmizi Milli Məclisin deputatı Könül Nurullayeva təmsil edib. Deputat mövzu ilə bağlı fikirlərini bölüşərək deyib ki, Azərbaycanda qadın hüquqlarının qorunmasına dair qanunvericilik bazası yaradılıb. Qadınların ölkənin siyasi, sosial, iqtisadi və mədəni həyatında rolunu artırmaq məqsədilə həyata keçirilən layihələrdən danışan Milli Məclisin deputatı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin BMT İnkişaf Proqramı ilə birgə kəndlərdə yaşayan qadınların məşğulluq imkanlarının artırılması məqsədilə təşkil etdiyi layihələrdən söz açıb. O, parlamentdə qadın deputatların sayının artdığını, qadınların müxtəlif sahələrdə rəhbər vəzifələrdə çalışdıqlarını qeyd edib.

Sonda iştirakçılar nəsil bərabərliyinin inkişafını təmin etmək üçün ölkə səviyyəsində sektorlararası əməkdaşlığın gücləndirilməsi ilə bağlı öz fikirlərini bölüşüblər. K.Nurullayeva qadınların təhsil və biznes sahəsində imkanlarının genişləndirilməsinin cəmiyyətin inkişafında mühüm rol oynadığını diqqətə çatdırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.