İDMAN


"Qalatasaray" Türkiyə Superliqasının ikinci dövrəsinə böyük hesablı qələbə ilə başlayıb

Bakı, 20 yanvar, AZƏRTAC

Futbol üzrə Türkiyə Superliqasının XVIII turunda turnir cədvəlinin altıncı pilləsində yer alan İstanbulun "Qalatasaray" komandası "Türk Telekom" stadionunda "Ankaragücü"nü qəbul edib.

AZƏRTAC xəbər verir ki, İstanbul təmsilçisi doğma meydanda rəqibinə 6:0 hesabı ilə qalib gələrək ikinci sıraya yüksəlib.

Meydan sahiblərinin üstünlüyü şəraitində keçən oyunda "Qalatasaray"ın futbolçusu Henry Onyekuru het-trik edib. "Cimbom"un hücumçusu Sinan Gümüş dubla imza atıb. Digər topu isə Badou Ndiaye vurub.

Beləliklə, öz meydanında oynadığı son 29 oyunda məğlub olmayan Fatih Terimin yetirmələri bugünkü qələbədən sonra hesabındakı xallarının sayını 32-yə çatdırıb və lider "Başakşəhər"lə arasındakı xal fərqini azaldıb.

Qeyd edək ki, bu qarşılaşmada "Qalatasaray"ın heyətində yeni transferi olan braziliyalı müdafiəçi Markos Nasimento Teixeira ilk dəfə meydana çıxıb.

Bu gün oynanılan "Antalyaspor" - "Kayserispor" matçında isə qalib müəyyənləşməyib - 0:0. Digər görüşlərdə "Konyaspor" komandası "Ərzurumspor"dan (2:1), "Yeni Malatyaspor" "Göztəpə"dən (3:2) üstün olub.

Hazırda "Başakşəhər" komandası 35 xalla çempionata başçılıq edir. Hesablarında 32 xalı olan "Qalatasaray" və "Yeni Malatyaspor" turnir cədvəlində ikinci-üçüncü yerləri bölüşürlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.