İDMAN


"Qalatasaray" heyətinə yeni futbolçu cəlb edib

Bakı, 10 sentyabr, AZƏRTAC

Bakının "Neftçi" futbol klubu UEFA Avropa Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibi "Qalatasaray" heyətinə yeni futbolçu cəlb edib.

AZƏRTAC klubun saytına istinadla xəbər verir ki, İstanbul təmsilçisi "Stok Siti"nin yarımmüdafiəçisi Oqhenekaro Etebonu icarəyə götürüb. Nigeriyalı oyunçu ilə 1 illik icarə müqaviləsi imzalanıb.

Bildirilir ki, Superliqa klubu futbolçuya görə İngiltərə təmsilçisinə 675 min avro ödəyəcək. Bundan əlavə, müqaviləyə əsasən, "Qalatasaray" Etebonu 7.5 milyon avro qarşılığında "Stok Siti"dən birdəfəlik transfer etmək hüququna sahibdir. Oyunçunun yeni klubunda illik maaşı isə 1.2 milyon avro olacaq.

Qeyd edək ki, Oqenekaro Etebo ötən mövsümün ikinci yarısını icarə əsasında "Xetafe"də keçirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.