MƏDƏNİYYƏT


"Qar və Ayı" dünya premyerasını Toronto Film Festivalında edəcək

Bakı, 6 avqust, AZƏRTAC

Selcen Ergünün rejissorluğu ilə TRT-nin ortaq istehsalı olan “Qar və Ayı” filminin dünya premyerası sentyabrın 8-dən 18-dək keçiriləcək 47-ci Toronto Film Festivalında olacaq. “Qar və Ayı” festivalda birinci və ikinci filmlərin yer aldığı “Discovery” bölməsində nümayiş olunacaq.

AZƏRTAC xəbər verir ki, Türkiyə, Almaniya və Serbiyanın birgə istehsalı olan ekran əsəri festivalın “Discovery” bölməsinə seçilən yeganə türk filmidir.

Merve Dizdarın baş rolda oynadığı filmin heyətində Sayqun Soysal, Asiye Dinçsoy, Erkan Bektaş, Derya Pınar Ak və Onur Gürçay yer alırlar.

2020-ci ilin qışında Türkiyənin Artvin vilayətinin Şavşat qəsəbəsində çətin şəraitdə çəkilən film Avropanın ən böyük film fondu “Eurimages” tərəfindən dəstəklənib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.