İDMAN


"Qarabağ" Antalyada sonuncu yoxlama oyununu keçirib

Bakı, 25 yanvar, AZƏRTAC

"Qarabağ" Türkiyənin Antalya bölgəsindəki təlim-məşq toplanışında sonuncu yoxlama oyununu keçirib.

AZƏRTAC xəbər verir ki, ağdamlılar Polşanın "Visla" (Krakov) komandası ilə qarşılaşıb. Görüşdə qapılara qol vurulmayıb. 53-cü dəqiqədə qapıçı Emil Balayev rəqibin penalti zərbəsini dəf edib.

Qurban Qurbanovun baş məşqçi olduğu komanda günün ilk yarısında Çexiyanın "Bohemians" kollektivi ilə üz-üzə gəlməli olsa da, qarşılaşma qara görə ləğv olunub.

Qeyd edək ki, "Qarabağ" Antalyadakı ilk matçında Rumıniyanın "Qaz Metan" klubu ilə qolsuz heç-heçə edib. Ağdam təmsilçisi ikinci sınağında Serbiyanın "Baçka Topola" klubuna 0:1, üçüncü görüşündə Polşa "Şlyonsk"una 2:3 hesabı ilə uduzub.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.