İDMAN


"Qarabağ" klubunun UEFA Avropa Liqasındakı rəqibi bəlli olub

Bakı, 17 avqust, AZƏRTAC

Ağdamın “Qarabağ” klubunun UEFA Avropa Liqasının play-off mərhələsindəki rəqibi məlum olub.

AZƏRTAC xəbər verir ki, bu, Moldovanın “Şerif” klubudur. Moldovalılar UEFA Avropa Liqasının III təsnifat mərhələsində İslandiyanın "Valur" komandasını mübarizədən kənarlaşdırıb - 1:0, 1:2.

“Qarabağ” klubu isə UEFA Çempionlar Liqasının birinci təsnifat mərhələsində Sloveniyanın “Olimpiya” klubunu, ikinci mərhələdə Albaniyanın “Kukesi” komandasını mübarizədən uzaqlaşdırıb. Ağdamlılar III təsnifat mərhələsində BATE (Belarus) səddini keçə bilməyərək UEFA Avropa Liqasında mübarizə aparmalı olub.

Qeyd edək ki, “Qarabağ” və “Şerif” klubları arasında ilk oyun avqustun 23-də keçiriləcək. Cavab qarşılaşması isə avqustun 30-da oynanılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.