İDMAN


"Qarabağ" növbəti hücumçu transfer edib

Bakı, 22 iyul, AZƏRTAC

Türkiyənin "Bursaspor" klubunun futbolçusu Con Delarj "Qarabağ"a transfer olub.

AZƏRTAC xəbər verir ki, Azərbaycan təmsilçisi "timsahlar"a 200 min avro transfer haqqı ödəyib. 28 yaşlı hücumçunun imzalayacağı müqavilənin müddəti və əməkhaqqı açıqlanmır.

Konqolu forvard C.Delarj 2017-ci ildən çıxış etdiyi komandada 15 oyunda 4 qol vurub. O, əvvəllər Kamerunun "Union Duala", Slovakiyanın "Dunayska Streda", Çexiyanın "Slovan" (Liberets), Avstriyanın "Admira" (Vakker) və icarə əsasında Türkiyənin "Osmanlıspor" klublarında da forma geyinib. Futbolçu "Bursaspor"a 2017-ci ilin avqustunda "Admira"dan transfer olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.