MƏDƏNİYYƏT


"Qarabağda döyüşən Bülbüləlilər" adlı kitabın təqdimatı keçirilib

Bakı, 8 avqust, AZƏRTAC

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Sabunçu rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasının oxu zalında Təranə Cəbiyeva və Qubat Bağırovun "Qarabağda döyüşən Bülbüləlilər" adlı kitabının təqdimatı keçirilib.

Baş İdarədən AZƏRTAC-a bildirilib ki, tədbiri Mərkəzi Kitabxananın direktoru N.Hüseynova "Qarabağda döyüşən Bülbüləlilər" adlı bu kitabın Birinci və İkinci Qarabağ müharibələrində hərbçi, qazi, eləcə də itkin və şəhid olan bülbüləli Vətən oğullarımızın keçdiyi qəhrəmanlıq yolundan bəhs etdiyini vurğulayıb.

Sonra kitabın müəllifi Qubat Bağırov çıxış edərək kitabın ərsəyə gəlməsi haqqında ətraflı məlumat verib.

Təqdimatda kitabxananın əməkdaşları yazıçı ilə fikir mübadiləsi edərək, təəssüratlarını bölüşüblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.