İDMAN


"Qəbələ" ilk legioner transferini gerçəkləşdirib

Bakı, 17 iyun, AZƏRTAC

2018/2019-cu il mövsümünə hazırlıqları davam etdirən "Qəbələ" futbol klubu yay fasiləsində ilk legioner transferini gerçəkləşdirib.

AZƏRTAC xəbər verir ki, "qırmızı-qaralar" Albaniya milli komandasının futbolçusu Sabien Lilayı heyətinə qatıb. İyirmi doqquz yaşlı yarımmüdafiəçi ilə 1+1 illik müqavilə imzalanıb.

Peşəkar karyerasına "Tirana"da başlayan Lilay 2008-2011-ci illərdə bu komandada çıxış edib. 2011-2012-ci illərdə Xorvatiyada legioner həyatı yaşayan futbolçu "Lokomotiva"nın formasını geyinib. 2012-ci ildən 2018-ci ilədək "Skenderbeu" klubunda oynayıb.

Yarımmüdafiəçi Albaniya klublarının heyətində 6 dəfə ölkə çempionu olub, 2 dəfə ölkə kubokunun, 2 dəfə Superkubokun qalibi adını qazanıb, 2015-ci və 2017-ci illərdə ölkəsində ilin futbolçusu seçilib.

Albaniyanın U-20 və U-21 yığmalarının şərəfini qorumuş Lilay 2011-ci ildə ölkəsinin əsas millisində debüt edib. Yarımmüdafiəçi yığma komandada 16 oyun keçirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.