İDMAN


"Qəbələ" klubu "Barselona" ilə qarşılaşacaq

Bakı, 16 iyun, AZƏRTAC

Çexiyada 16 yaşadək futbolçulardan ibarət komandalar arasında "All Stars Cup" turnirində ilk oyun gününə yekun vurulub.

AZƏRTAC xəbər verir ki, "Qəbələ"nin U-16 komandası birinci qrup mərhələsində 3 oyun keçirib. İlk turda Yaponiya təmsilçisi "Avispa Fukuoka" ilə qarşılaşan futbolçularımız meydanı xalsız tərk ediblər – 0:2. Yerli "Fastav Jlin"lə matçda isə komandamız 1:0 hesabı ilə qalib gəlib. Matçdakı yeganə qolu Aqil Nəsibov vurub. Sonuncu turda Portuqaliyanın "Porto" klubu ilə qarşılaşan "Qəbələ"nin U-16 komandası 0:4 hesabı ilə məğlub olub. Qrupu 3 xalla başa vuran "qırmızı-qaralar" 3-cü yeri tutub.

İyunun 16-da ikinci qrup mərhələsinin oyunları keçiriləcək. Komandamızın bu mərhələdəki rəqibləri öz qrupunda birinci olan Almaniya "Herta"sı, ikinci yeri tutan İspaniya "Barselona"sı və dördüncülüklə kifayətlənən Rusiya "Zenit"idir.

İkinci qrup mərhələsinin görüşlərdən sonra ilk iki günün nəticələrinə əsasən, ən yaxşı 8 komanda mükafatlar uğrunda, digər 8 iştirakçı 9-16-cı yerlər üçün mübarizə aparacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.