İDMAN


"Qəbələ" klubu yoxlama oyununda "Qaziantep"ə məğlub olub

Bakı, 5 iyul, AZƏRTAC

2022-2023-cü il mövsümünün hazırlığını davam etdirən “Qəbələ” futbol klubu bu gün ilk yoxlama oyununu keçirib.

AZƏRTAC xəbər verir ki, “Qəbələ” Türkiyənin Bolu şəhərində təşkil olunan təlim-məşq toplanışı çərçivəsində yerli “Qaziantep” klubu ilə qarşılaşıb.

Görüşdə Superliqa təmsilçisi 2:1 hesabı ilə qalib gəlib. "Qəbələ"nin yeganə qolunu 70-ci dəqiqədə Ülvi İsgəndərli vurub. Rəqibdən isə Papi Ciloboci və Aleksandru Maksim fərqləniblər.

Xatırladaq ki, "Qəbələ” iyulun 12-də Rumıniyanın “Çiksereda” klubu ilə qarşılaşacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.