İDMAN


"Qəbələ" klubunun "Şerif"lə oyunlarının vaxtı müəyyənləşib

Bakı, 24 sentyabr, AZƏRTAC

"Qəbələ" futbol klubunun U-19 komandasının UEFA Gənclər Liqasında Moldova "Şerif"i ilə keçirəcəyi oyunların başlama vaxtı müəyyənləşib.

AZƏRTAC xəbər verir ki, turnirin birinci mərhələsinin ilk oyunu Qəbələ şəhər stadionunda baş tutacaq. Oktyabrın 3-də keçiriləcək qarşılaşma saat 18:00-da başlayacaq.

Cavab matçı Tiraspolda "Şerif"in kiçik arenasında keçiriləcək. Oktyabrın 24-də baş tutacaq görüşün start fiti Bakı vaxtı ilə saat 16:00-da veriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.