CƏMİYYƏT


"Qırmızı kitab"ın üçüncü nəşrində azad edilmiş ərazilərdə aparılan tədqiqat işləri də yer alacaq

Lənkəran, 30 sentyabr, AZƏRTAC

"Qırmızı kitab"ın üçüncü nəşrində azad edilmiş ərazilərdə aparılan tədqiqat işlərinin nəticəsi də öz əksini tapacaq.

AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov deyib.

O, iki ilə yaxındır ki, Qarabağın minadan təmizlənmiş ərazilərində tədqiqat işlərinin aparıldığını vurğulayıb: "Birinci "Qırmızı kitab"da 140 flora, 108 fauna növü təmsil olunub. Bu rəqəmlər ikinci “Qırmızı kitab”da iki dəfə artıqdır. Belə ki, ikinci kitabda 300 flora, 226 fauna növü əksini tapıb. Üçüncü kitabda isə 500 bitki, 300-ə yaxın heyvan növü təmsil olunacaq. Kitabın üçüncü nəşrində əsas fərq azad edilmiş ərazilərdə aparılan tədqiqat işlərinin nəticəsinin də "Qırmızı kitab"ın bu nəşrində öz əksini tapacağı ilə bağlıdır. Biz 30 il idi ki, həmin torpaqlarda tədqiqat işi aparmaqdan məhrum idik. İki ildir ki, minalardan təmizlənmiş ərazilərdə tədqiqatlar aparılır. Aparılan tədqiqatlar nəticəsində müəyyən olunan nadir və nəsli kəsilməkdə olan heyvan, eyni zamanda, bitki aləmi kitabda öz əksini tapacaq".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.