REGİONLAR


"Qurtuluş-93” yaşayış sahəsindəki binada yanğın baş verib

Xırdalan, 21 fevral, AZƏRTAC

Ötən gecə saat 3 radələrində Abşeron rayonu Masazır qəsəbəsinin "Qurtuluş-93” yaşayış sahəsindəki 8 saylı binanın 1-ci mərtəbəsində yerləşən elektrik şitində yanğın baş verib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən AZƏRTAC–a verilən məlumata görə, dərhal polis əməkdaşları və Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumları hadisə yerinə gəliblər. Sakinlərin yanğından xilas edilməsi məqsədilə təxirəsalınmaz tədbirlər görülüb.

Polis və yanğın təhlükəsizliyi xidməti əməkdaşlarının çevik müdaxiləsi və yaxından köməyi ilə sakinlər təxliyə olunub, onların təhlükəsizliyi təmin edilib. Yanğın söndürülüb, xəsarət alan olmayıb.

Bina sakinlərinin təxliyəsi zamanı Abşeron Rayon Polis İdarəsinin Post Patrul Xidməti Bölüyünün əməkdaşları, polis serjantları İlkin Kərimov, Elməddin Alıyev, Bəhruz Heydərli və Kamil Həsənov tüstüdən zəhərləndikləri üçün Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə aparılıb, burada onlara ilkin tibbi yardım göstərilib.

Hazırda polis əməkdaşlarının vəziyyəti normaldır və xidmətlərini davam etdirirlər.

Faktla bağlı araşdırma aparılır.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.