İDMAN


"Real Madrid" Zidanın rəhbərliyi altında ilk qələbəsini qazanıb

Bakı, 16 mart, AZƏRTAC

Martın 16-də İspaniya La Liqasının 28-ci turunun növbəti oyunu keçirilib.

AZƏRTAC xəbər verir ki, Zinəddin Zidanın yenidən baş məşqçi təyin olunduğu Madridin "Real" klubu doğma azarkeşlər önündə "Selta Viqo"nu sınağa çəkib. Görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. “Kral klubu”nun heyətində İsko (62) və Beyl (77) fərqləniblər.

Hazırda “Real Madrid” klubu turnir cədvəlinin lideri “Barselona”dan 9 xal geri qalır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.